Əliyev Vüsal Elxan Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Vüsal Əliyev Əliyev Vüsal Elxan oğlu 6 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 30 saylı orta məktəbi bitirdikdən sonra 9 avqust 1994-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Vüsal Əliyev əvvəlcə Pirişgüldə rabitəçi peşəsinə yiyələnmiş, sonra isə Beyləqan rayonunda əsgəri xidmətə yollanmışdır. O, hələ əsgərliyə çağırılmamışdan əvvəl avtomobil-çilingəri peşəsinə yiyələnmişdir. 7 aya kimi Beyləqanda rabitəçi kimi xidmət edən Vüsal Əliyev komandirlərin böyük hörmətini qazanmış, nizam-intizamı ilə digər əsgərlərdən fərqlənmişdir. Əliyev Vüsal Elxan oğlu 11 nəfər əsgər yoldaşları ilə birlikdə 24 avqust 1995-ci ildə kəşfiyyatdan qayıdarkən Harami düzündə minaya düşüb həlak olmuşdur. Vüsal Əliyevin meyiti 26 avqust 1995-ci ildə Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur Vüsal Əliyev Adı — Vüsal Əliyev Vüsal Əliyev Ata adı — Elxan Vüsal Əliyev Əlaqəli rayon və ya şəhər — Gəncə Vüsal Əliyev Doğum tarixi — 1976-06-06 Vüsal Əliyev Şəhadət tarixi — 1995-08-24 Vüsal Əliyev Doğulduğu yer — Gəncə şəhəri