Hüseynov Vüqar Rüstəm Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Vüqar Hüseynov Hüseynov Vüqar Rüstəm oğlu 1977-ci il iyunun 3-də Gəncə şəhərində anadan olmuşdur. Vüqar 7 saylı orta məktəbi bitirmişdir. Təhsilə böyük marağı olan Vüqar dəfələrlə Respublika olimpiadalarının iştirakçısı olmuşdur. O, 1995-ci ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən əsgərliyə çağırılmışdır. 217 saylı hərbi hissənin tərkibində Naxçıvana göndərilmişdi. Xidmət etdiyi hərbi hissədə tez bir zamanda böyük hörmət qazanan Vüqar hərbi sirləri mükəmməl öyrənir, əsgəri borcunu layiqincə yerinə yetirirdi. Göstərdiyi hərbi xidmətə görə dəfələrlə qiymətli mükafatlara layiq görülmüşdü Vüqar Hüseynov Hüseynov Vüqar Rüstəm oğlu 1995-ci il noyabrın 11-də Şərur rayonunun Qıvraq kəndində gedən ağır döyüşlərin birində şəhid olmuşdur. Gəncənin Şəhidlər Xiyabanında dəfn olunmuşdur Vüqar Hüseynov Adı — Vüqar Hüseynov Vüqar Hüseynov Ata adı — Rüstəm Vüqar Hüseynov Əlaqəli rayon və ya şəhər — Gəncə Vüqar Hüseynov Doğum tarixi — 1977-06-03 Vüqar Hüseynov Şəhadət tarixi — 1995-11-11 Vüqar Hüseynov Doğulduğu yer — Gəncə şəhəri