Abbasov Novruz Tahir Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Novruz Abbasov Abbasov Novruz Tahir oğlu 1955-ci il mart ayının 20-də Gəncə şəhərində anadan olmuşdur. Gəncədəki 16 saylı orta məktəbdə təhsil almışdır. Yeyinti Sənayesi Texnikumunu bitirəndən sonra bir müddət Gəncə Qənnadı Fabrikində briqadir işləmişdir. Novruz Abbasov həqiqi hərbi xidmətini Macarıstanda keçirmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə böyük həyəcan keçirən Novruz Abbasov 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin çağırışı əsasında cəbhəyə yollanmışdı. 705 saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışan Novruz Abbasov xidmət müddəti ərzində böyük igidliklər göstərmişdir. Hər an yoldaşlarının harayına çatan leytenant Abbasov döyüşlərin birində dəstənin 7 nəfər üzvünü mühasirədən xilas etmiş, Naxçıvanik istiqamətində gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir Novruz Abbasov Abbasov Novruz Tahir oğlu 1992-ci il aprelin 7-də Ağdərə uğrunda gedən döyüşlərin birində şəhid olmuşdur Novruz Abbasov Adı — Novruz Abbasov Novruz Abbasov Ata adı — Tahir Novruz Abbasov Əlaqəli rayon və ya şəhər — Gəncə Novruz Abbasov Doğum tarixi — 1955-03-20 Novruz Abbasov Şəhadət tarixi — 1992-04-07 Novruz Abbasov Doğulduğu yer — Gəncə şəhəri Novruz Abbasov Hərbi rütbə — kiçik leytenant