Abbasov Şəmil Kamil Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Şəmil Abbasov Abbasov Şəmil Kamil oğlu 1959-cu il mart ayının 22-də Gəncə şəhərində anadan olmuşdur. 4№-li internat məktəbinin 8-ci sinfinədək oxuyan Şəmil 1973-cü ildə 27 saylı texniki-peşə məktəbini bitirmişdir. Gön-dəri məmulatının emalı ixtisasına yiyələnmişdir. Bir müddət ayaqqabı tikiş sexində işləmişdir Şəmil Abbasov Şəmil Abbasov 1976-1978-ci illərdə Həştərxanda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən Gəncə şəhəri 1 saylı ayaqqabı məmulatları sexində əmək fəaliyyətinə başlamışdır. Qəlbi hər an vətən harayı ilə döyünən Şəmil Abbasov Dağlıq Qarabağ savaşı başlanan kimi könüllü olaraq cəbhəyə getməsi üçün komissarlığa müraciət etmişdir Şəmil Abbasov 1991-ci il dekabrın 19-da Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdır. 1-ci Gəncə taborunda atıcı idi. Göstərdiyi hərbi şücaətə görə dəfələrlə ruhlandırıcı mükafatlara layiq görülmüşdür. Əsgər yoldaşlarının rəğbətini qazanmışdır. 1992-ci il iyunun 3-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Abbasov Şəmil Kamil oğlunun məzarı Gəncə Şəhidlər Xiyabanındadır Şəmil Abbasov Adı — Şəmil Abbasov Şəmil Abbasov Ata adı — Kamil Şəmil Abbasov Əlaqəli rayon və ya şəhər — Gəncə Şəmil Abbasov Doğum tarixi — 1959-03-22 Şəmil Abbasov Şəhadət tarixi — 1992-06-03 Şəmil Abbasov Doğulduğu yer — Gəncə şəhəri Şəmil Abbasov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı