Mehdiyev İbrahim Qərib Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı İbrahim Mehdiyev İbrahim Mehtiyev 1960-cı il martın 8-də Gəncə şəhərində anadan olmuşdur. O, orta təhsilini 19 saylı orta məktəbdə almışdır İbrahim Mehdiyev Daha sonra İbrahim hərbi məktəbi bitirərək Gəncəyə qayıdır. 1985-ci ildən başlayaraq polis işləməyə başlamışdır. İşlədiyi müddətdə leytenant rütbəsi almışdır. İbrahim Mehtiyev 1992-ci il avqustun 8-də Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. Taleyi elə gətirib ki, qapı bir qonşusu Vüqarla 703 saylı hərbi hissədə birgə vuruşmuşdu İbrahim Mehdiyev 1992-ci il oktyabrın 24-də «URAL» markalı maşınla döyüşçülərə ərzaq apararkən Sərsəng Su Anbarının yaxınlığında pusquya düşmüşlər. Düşmənə xeyli tələfat versələrdə də igid döyüşçü İbrahim qonşusu Vüqarla birlikdə qətlə yetirildi. İbrahim Qərib oğlu Mehtiyev 1992-ci il oktyabrın 25-də Gəncə şəhidlər Xiyabanında qonşusu Vüqarla yanbayan dəfn olunmuşdurlar İbrahim Mehdiyev Doğum tarixi — portal bioqrafiyasındakı qeyd — 1960-03-08 İbrahim Mehdiyev Doğum tarixi — portal məlumat kartındakı qeyd — 1960-03-10 İbrahim Mehdiyev Adı — İbrahim Mehdiyev İbrahim Mehdiyev Ata adı — Qərib İbrahim Mehdiyev Əlaqəli rayon və ya şəhər — Gəncə İbrahim Mehdiyev Doğulduğu yer — Gəncə şəhəri İbrahim Mehdiyev Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı