Məcnuni Alim Həsən Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Alim Məcnuni Alim Məcnuni 1963-cü il dekabrın 27-də Gəncədə anadan olmuşdur. O, orta təhsilini 2 nömrəli orta internat məktəbində almışdır. Alim 1982-1984-cü illərdə Uzaq Şərqdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncədəki Çini qablar zavodunda mühəndis kimi işləmişdir Alim Məcnuni Alim Məcnuni 1992-cı il iyunun 10-da Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. 264 saylı hərbi hissədə sıravi atıcı idi Alim Məcnuni Xidmətini layiqli yerinə yetirən Alim döyüş yoldaşları arasında böyük hörmət qazanmışdı. Ona tapşırılan hərbi əməliyyatları vaxtlı-vaxtında yerinə yetirirdi. Göstərdiyi hərbi xidmətə görə hərbi hissə komandirinin «Fəxri fərmanı» na layiq görülmüşdü. Alim Həsən oğlu Məcnuni 1992-ci il avqustun 15-də Ağdamda şəhid olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır Alim Məcnuni Adı — Alim Məcnuni Alim Məcnuni Ata adı — Həsən Alim Məcnuni Əlaqəli rayon və ya şəhər — Gəncə Alim Məcnuni Doğum tarixi — 1963-12-27 Alim Məcnuni Şəhadət tarixi — 1992-08-15 Alim Məcnuni Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı