Mürsəlov Faiq İsrayıl Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Faiq Mürsəlov Faiq Mürsəlov 1958-ci il aprelin 2-də Gəncə şəhərində anadan olmuşdur. 34 saylı orta məktəbi bitirmişdir. Təhsilini 89 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücülük peşəsinə yiyələnmişdi. 1976-cı il noyabrın 1-də Sovet ordusu sıralarında xidmətə getmişdi. 1979-ci il aprelin 5-də xidmətdən qayıdandan sonra bir müddət Büllur zavodunda sürücü kimi çalışmışdır. Peşəkar sürücülük qabiliyyətinə malik olan Faiq bir müddət Gəncə trolleybus idarəsində sürücü işləmişdi Faiq Mürsəlov Vətənin başı üstünü qara buludlar alanda, ermənilər Çaykənd istiqamətində hücuma keçəndə Faiq Mürsəlov cəbhəyə getmiş, Gəncə batalyonunun tərkibində Ağdərədə vuruşmuşdu. Bölük komandiri olan Baş leytenant Mürsəlov yüksək döyüş qabiliyyətinə malik idi. Şücaətinə görə tezliklə mayor rütbəsi verilən Mürsəlov güclü kəşfiyyatçı idi. Dəfələrlə uğurlu əməliyyat planları hazırlamışdı. Drambonun müdafiəsində igidlik göstərmişdi. Faiq İsrayıl oğlu Mürsəlov 1992-ci il avqustun 28-də Drambon uğrunda gedən qızğın döyüşlərin birində qəhrəmancasına şəhid olmuşdur. Məzarı Gəncə Şəhidlər Xiyabanındadır Faiq Mürsəlov Adı — Faiq Mürsəlov Faiq Mürsəlov Ata adı — İsrayıl Faiq Mürsəlov Əlaqəli rayon və ya şəhər — Gəncə Faiq Mürsəlov Doğum tarixi — 1958-04-02 Faiq Mürsəlov Şəhadət tarixi — 1992-08-28 Faiq Mürsəlov Doğulduğu yer — Gəncə şəhəri Faiq Mürsəlov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı