Nağıyev Qabil İsa Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Qabil Nağıyev Nağıyev Qabil İsa oğlu 1 mart 1963-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. O, Ş. Qurbanov adına 37 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra 37 saylı texniki-peşə məktəbində tornaçı sənətinə yiyələnmişdir. 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, 1984-cü ilə qədər Kemirov vilayətində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət müxtəlif emalatxanalarda peşəsinə uyğun tornaçı kimi işləmişdir. Qabil Nağıyev 28 fevral 1992-ci il tarixdə könüllü olaraq cəbhəyə yollanmış, bir neçə döyüş tapşırıqlarında iştirak etmiş, Ağdərənin müdafiəsində böyük igidlik göstərmişdir. Nağıyev Qabil İsa oğlu 7 fevral 1992-ci il tarixdə Çıldıran uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, meyiti Gəncə şəhərinə gətirilmiş və 8 fevral 1992-ci il tarixdə Şəhidlər Xiyabanında dəfn olunmuşdur Qabil Nağıyev Portal mətnindəki şəhadət tarixi qeydləri — 1992-02-07, 1992-02-08 Qabil Nağıyev Adı — Qabil Nağıyev Qabil Nağıyev Ata adı — İsa Qabil Nağıyev Əlaqəli rayon və ya şəhər — Gəncə Qabil Nağıyev Doğum tarixi — 1963-03-01 Qabil Nağıyev Doğulduğu yer — Gəncə şəhəri