Niyazov Zakir Fikrət Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Zakir Niyazov Niyazov Zakir Fikrət oğlu 2 avqust 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, Gəncə şəhəri 32 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gəncə şəhəri Avtomexanika Texnikumuna daxil olmuş və avtomobil istismarı peşəsinə yiyələnmişdir. Zakir Niyazov 1989-1991-ci illərdə Omsk şəhərində Daxili Qoşunlarda qulluq etmişdir. O, istər orta məktəbdə oxuduğu illərdə, istərsə də hərbidən qayıtdıqdan sonra idmanla məşğul olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra dəfələrlə şəhər yarışlarının qalibi olmuşdur. Zakir Niyazov 20 mart 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmış, Gəncə batalyonunun tərkibində Naxçıvanik, Drambon döyüşlərində böyük şücaət göstərmişdir. Niyazov Zakir Fikrət oğlu 2 aprel 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş və Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur Zakir Niyazov Adı — Zakir Niyazov Zakir Niyazov Ata adı — Fikrət Zakir Niyazov Əlaqəli rayon və ya şəhər — Gəncə Zakir Niyazov Doğum tarixi — 1970-08-02 Zakir Niyazov Şəhadət tarixi — 1993-04-02 Zakir Niyazov Doğulduğu yer — Gəncə şəhəri Zakir Niyazov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı