Aslanov Rafət Nürəddın Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Rafət Aslanov 1974-cü il dekabrın 9-da anadan olmuşdur. 1 nömrəli orta məktəbi bitirmişdir. Uşaqlıqdan idmanın güləş növü ilə məşğul olan Rafət dəfələrlə Respublika səviyyəli yarışların qalibi olmuşdur. 1992-ci ildə orta məktəbi bitirdikdən sonra Naftalan Ticarət Texnikumuna daxil olmuş, texnikumu fərqlənmə diplomu ilə bitirmişdir. Rafət Aslanov 1993-cü il iyunun 20-də həqiqi hərbi xidmətə çağırılmışdır. Onun xidmət yolu 157 №-li hərbi hissədən başlamışdır. Döyüş yolu qısa olsa da, qazandığı hərbi nailiyyətlər əvəzsizdir Rafət Aslanov Rafət Nürəddin oğlu Aslanov 1994-cü il mayın 9-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində gedən qanlı döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Cəsur döyüşçü elə Goranboy rayonunda da dəfn olunmuşdur. Rafətin ruhuna hörmət əlaməti olaraq Goranboy rayon Şahmat məktəbinə onun adı verilmişdir Rafət Aslanov Adı — Rafət Aslanov Rafət Aslanov Ata adı — Nürəddin Rafət Aslanov Əlaqəli rayon və ya şəhər — Gəncə Rafət Aslanov Doğum tarixi — 1974-12-09 Rafət Aslanov Şəhadət tarixi — 1994-05-09