Babayev Elvin Əkbər Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Elvin Babayev Babayev Elvin Əkbər oğlu 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2008-ci ildə Bakı şəhəri Leytenant K. Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir Elvin Babayev Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olmuşdur. Vətənpərvər və fəal şagird olaraq tanınan Elvin Babayev təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinlər” Hərbi Komandasının manqa komandiri olmuşdur. 2019-cu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Nəsimi rayon "Şahinlər" Hərbi komandasında iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev Ağdam və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 7 oktyabr 2020-ci il tarixində II Fəxri Xiyabanda dəfn edilmişdir Elvin Babayev Babayev Elvin Əkbər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif edilmişdir Elvin Babayev Adı — Elvin Babayev Elvin Babayev Ata adı — Əkbər Elvin Babayev Əlaqəli rayon və ya şəhər — Gəncə Elvin Babayev Doğum tarixi — 2001-02-28 Elvin Babayev Şəhadət tarixi — 2020-10-02 Elvin Babayev Doğulduğu yer — Gəncə şəhəri