Həşimov Nağı Anar Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Nağı Həşimov Həşimov Nağı Anar oğlu 20 avqust 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2005-ci ildə Gəncə şəhəri İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur Nağı Həşimov 2013-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə qəbul edilmişdir. 2015-ci ildə C. Naxçıvanski adına Hərbi Liseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır Nağı Həşimov 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbininin “Yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasını bitirmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Leytenant Həşimov Nağı Anar oğlu hərbi anda sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirmişdir. 29 sentyabr 2020-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 29 sentyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir Nağı Həşimov İdmanın taekvando növü ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Taekvando Federasiyası tərəfindən medal və fərqlənmə diplomları ilə təltif edilmişdir. Həşimov Nağı Anar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur Nağı Həşimov Adı — Nağı Həşimov Nağı Həşimov Ata adı — Anar Nağı Həşimov Əlaqəli rayon və ya şəhər — Gəncə Nağı Həşimov Doğum tarixi — 1998-08-20 Nağı Həşimov Şəhadət tarixi — 2020-09-29 Nağı Həşimov Doğulduğu yer — Gəncə şəhəri Nağı Həşimov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı Nağı Həşimov Hərbi rütbə — leytenant