Cavadov Canlar Aqil Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Canlar Cavadov Cavadov Canlar Aqil oğlu 18 iyun 1980-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1986-cı ildə Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta məktəbə daxil olmuşdur. 6-cı sinifdən daxil olmuş və həmin məktəbi bitirmişdir Canlar Cavadov 2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Daha sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kursant, “N” saylı hərbi hissədə isə kiçik çavuş rütbəsinə təyin edilərək sanitar kimi xidmətini davam etdirmişdir Canlar Cavadov 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan ordusunun əsgəri, MAXE hərbi qulluqçu Canlar Cavadov Vətən Müharibəsi zamanı Goranboy rayonu ərazisində, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə qəhrəmanlıqla şəhid olmuşdur. 01 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir Canlar Cavadov Cavadov Canlar Aqil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur Canlar Cavadov Şəhadət tarixi — portalın qeydi — 2020-09-29 Canlar Cavadov Adı — Canlar Cavadov Canlar Cavadov Ata adı — Aqil Canlar Cavadov Əlaqəli rayon və ya şəhər — Gəncə Canlar Cavadov Doğum tarixi — 1980-06-18 Canlar Cavadov Doğulduğu yer — Gəncə şəhəri Canlar Cavadov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı Canlar Cavadov Hərbi rütbə — kiçik çavuş