Nəcəfov Elmir Vidadi Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Elmir Nəcəfov Nəcəfov Elmir Vidadi oğlu 21 mart 2002-ci ildə Gəncə şəhərində doğulmuşdur Elmir Nəcəfov 2017-ci ildə 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, təhsilini 1 saylı Peşə məktəbində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir. 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmətə başlamışdır Elmir Nəcəfov 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Elmir Nəcəfov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. 3 oktyabr 2020-ci ildə Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılmışdır Elmir Nəcəfov Nəcəfov Elmir Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 dekabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif edilmişdir Elmir Nəcəfov Şəhadət tarixi — portalın qeydi — 2020-10-02 Elmir Nəcəfov Adı — Elmir Nəcəfov Elmir Nəcəfov Ata adı — Vidadi Elmir Nəcəfov Əlaqəli rayon və ya şəhər — Gəncə Elmir Nəcəfov Doğum tarixi — 2002-03-21 Elmir Nəcəfov Doğulduğu yer — Gəncə şəhəri