Əsgərov Rauf Vaqif Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Rauf Əsgərov Əsgərov Rauf Vaqif oğlu 2 noyabr 1978-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1995-ci ildə 44 nömrəli məktəb-liseydə tam orta təhsilini başa vurmuşdur. 2010-2015-ci illərdə BR-də işləmişdir. Bir müddət “AzərGold” QSC-də (baş mühəndis) çalışmışdır Rauf Əsgərov 1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisası üzrə təhsil almışdır. ADAU-nun Hərbi kafedrasında leytnant rütbəsi almışdır. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə zabit kimi xidməti borcunu yerinə yetirmişdir Rauf Əsgərov 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq 6 oktyabr tarixdən döyüşlərə qatılmışdır. Azərbaycan Ordusunun baş leytenantı kimi Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. 28 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur Rauf Əsgərov Əsgərov Rauf Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət ordeni” (ölümündən sonra) medalları ilə təltif edilmişdir Rauf Əsgərov Adı — Rauf Əsgərov Rauf Əsgərov Ata adı — Vaqif Rauf Əsgərov Əlaqəli rayon və ya şəhər — Gəncə Rauf Əsgərov Doğum tarixi — 1978-11-02 Rauf Əsgərov Şəhadət tarixi — 2020-10-26 Rauf Əsgərov Doğulduğu yer — Gəncə şəhəri Rauf Əsgərov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı Rauf Əsgərov Hərbi rütbə — baş leytenant