Muradov Elcan Eldəniz — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Elcan Muradov Muradov Elcan Eldəniz oğlu 3 iyul 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2017-ci ildə 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır Elcan Muradov 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmiş, “N” saylı hərbi hissənin əsgəri kimi Füzuli uğrunda gedən döyüşlərdə yer almışdır. . 1 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi bir müddət neytral zonada qaldıqdan sonra götürülmüşdür. 9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır Elcan Muradov Muradov Elcan Eldəniz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra)medalları ilə təltif edilmişdir Elcan Muradov Adı — Elcan Muradov Elcan Muradov Ata adı — Eldəniz Elcan Muradov Əlaqəli rayon və ya şəhər — Gəncə Elcan Muradov Doğum tarixi — 2001-07-03 Elcan Muradov Şəhadət tarixi — 2020-10-01 Elcan Muradov Doğulduğu yer — Gəncə şəhəri Elcan Muradov Hərbi rütbə — əsgər