Hüseynov Məhəmməd Qiyas Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Məhəmməd Hüseynov Hüseynov Məhəmməd Qiyas oğlu 21 mart 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2007-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmiş, 2016-2019-cu illərdə təhsilini 1 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində) davam etdirmişdir Məhəmməd Hüseynov 2019-cu illdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır Məhəmməd Hüseynov 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda vuruşmuşdur. . 17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur Məhəmməd Hüseynov Hüseynov Məhəmməd Qiyas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medallarıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur Məhəmməd Hüseynov Şəhadət tarixi — portalın qeydi — 2020-09-28 Məhəmməd Hüseynov Adı — Məhəmməd Hüseynov Məhəmməd Hüseynov Ata adı — Qiyas Məhəmməd Hüseynov Əlaqəli rayon və ya şəhər — Gəncə Məhəmməd Hüseynov Doğum tarixi — 2001-03-21 Məhəmməd Hüseynov Doğulduğu yer — Gəncə şəhəri Məhəmməd Hüseynov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı Məhəmməd Hüseynov Hərbi rütbə — əsgər