Quliyev Ağamirzə İlham Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Ağamirzə Quliyev Quliyev Ağamirzə İlham oğlu 2 may 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2017-2018-ci illərdə Gəncə şəhər 41 nömrəli tam orta məktəbdə təhsil almışdır Ağamirzə Quliyev 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır Ağamirzə Quliyev 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ağamirzə Quliyev Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. 6 noyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur Ağamirzə Quliyev Quliyev Ağamirzə İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyun 2022-ci il tarixli Sərəncamı ilə “Vətənə xidmətə görə” (ölümündən sonra) orden və medalları ilə təltif olunmuşdur Ağamirzə Quliyev Şəhadət tarixi — portalın qeydi — 2020-11-06 Ağamirzə Quliyev Adı — Ağamirzə Quliyev Ağamirzə Quliyev Ata adı — İlham Ağamirzə Quliyev Əlaqəli rayon və ya şəhər — Gəncə Ağamirzə Quliyev Doğum tarixi — 2001-05-02 Ağamirzə Quliyev Doğulduğu yer — Gəncə şəhəri Ağamirzə Quliyev Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı Ağamirzə Quliyev Hərbi rütbə — əsgər