Bayramov Şahin Arif Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Şahin Bayramov Bayramov Şahin Arif oğlu 14 yanvar 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1998-ci ildə 17 saylı orta məktəbə daxil olmuşdur. 2009-cu ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbi bitirmişdir Şahin Bayramov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Rusiya Federasiyasında yaşamışdır. 2018-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. Şahin Bayramov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanmış, Murovdağ zirvəsinin alınmasında yaxından iştirak etmişdir Şahin Bayramov 2020-ci il 12 iyul-16 iyul Tovuz döyüşlərində iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. 1 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 19 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir Şahin Bayramov Bayramov Şahin Arif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “İgidliyinə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif edilmişdir Şahin Bayramov Şəhadət tarixi — portalın qeydi — 2020-10-01 Şahin Bayramov Adı — Şahin Bayramov Şahin Bayramov Ata adı — Arif Şahin Bayramov Əlaqəli rayon və ya şəhər — Gəncə Şahin Bayramov Doğum tarixi — 1992-01-14 Şahin Bayramov Doğulduğu yer — Gəncə şəhəri Şahin Bayramov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı