Kazımov Xuduş Həsən — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Xuduş Kazımov Kazımov Xuduş Həsən oğlu 8 sentyabr 1988-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. 2004-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2008-ci ildə Gəncə Texniki Kollecini (indiki Gəncə Dövlət Regional Kolleci) bitirmişdir Xuduş Kazımov 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ilin may ayında MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlamışdır Xuduş Kazımov 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Xuduş Kazımov Vətən müharibəsində iştirak edərək, Murovdağ zirvəsi, Kəlbəcər rayonu, Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə yer almışdır. 2 oktyabr 2020-ci ildə Ağdərə rayonu istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 20 yanvar 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur Xuduş Kazımov Kazımov Xuduş Həsən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli S.ərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 iyul 2021-ci il tarixli Sərəncamı ilə “Şücaətə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət ordeni” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur Xuduş Kazımov Adı — Xuduş Kazımov Xuduş Kazımov Ata adı — Həsən Xuduş Kazımov Əlaqəli rayon və ya şəhər — Gəncə Xuduş Kazımov Doğum tarixi — 1988-09-08 Xuduş Kazımov Şəhadət tarixi — 2020-10-02 Xuduş Kazımov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı