Namazov Elməddin Nəsib — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Elməddin ağır xasiyyətli, böyüklərin hörmətini saxlayan, vətənə bağlı insan olub Elməddin Namazov 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasında "N" saylı hərbi hissədə kəşfiyyat taborunda atıcı kimi xidmət keçib Elməddin Namazov 2020-ci il sentyabrın 20-də ordu sıralarına təkrar təlimlərə cəlb olunub. Torpaqlarımızın işğaldan azad olması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, iki dəfə yaralanmasına baxmayaraq döyüşə davam etmiş və Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 26 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabrda Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmişdir Elməddin Namazov Namazov Elməddin Nəsib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur Elməddin Namazov Adı — Elməddin Namazov Elməddin Namazov Ata adı — Nəsib Elməddin Namazov Əlaqəli rayon və ya şəhər — Gəncə Elməddin Namazov Doğum tarixi — 1996-05-07 Elməddin Namazov Şəhadət tarixi — 2020-10-26 Elməddin Namazov Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı