Əhmədov Niyazi Yasin Oğlu — Gəncə Şəhidləri Gəncə Şəhidləri portalı Niyazi Əhmədov Əhmədov Niyazi Yasin oğlu 1969-cu il fevralın 1-də Gəncə şəhərində dünyaya gəlmişdir. N. Rəfibəyli adına 43 saylı orta məktəbin 8-ci sinfini 1984-cü ildə bitirdikdən sonra 38 saylı texniki-peşə təhsilli məktəbdə avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Niyazi Əhmədov 1987-1989-cu illərdə Yakutiyada Sovet ordusu sıralarında xidmət etmişdir Niyazi Əhmədov Niyazi Əhmədov 1992-ci il martın 13-də torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda könüllü olaraq cəbhəyə yollanmışdı. Beyləqan rayonu 706 saylı hərbi hissədə xidmət etmişdi. Xidmət etdiyi müddət ərzində şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Komandanlığın əmr və tapşırıq-larını vaxtlı-vaxtında, layiqincə yerinə yetirirdidi. Göstərdiyi layiqli hərbi xidmətə görə Niyazi Əhmədov hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Niyazi Yasin oğlu Əhmədov 1994-cü il aprelin 21-də Horadiz qəsəbəsi yaxınlığında gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur Niyazi Əhmədov Şəhadət tarixi — portalın qeydi — 1994-04-21 Niyazi Əhmədov Adı — Niyazi Əhmədov Niyazi Əhmədov Ata adı — Yasin Niyazi Əhmədov Əlaqəli rayon və ya şəhər — Gəncə Niyazi Əhmədov Doğum tarixi — 1969-02-01