Mənbələr

Qafarov Zərbəli Vidadi — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Qafarov Zərbəli Vidadi — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Zərbəli Qafarov
Qafarov Zərbəli Vidadi oğlu 13 iyun 1990-cı ildə Gəncə şəhərində doğulmuşdur.

2006-cı ildə Gəncə şəhər M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir

Zərbəli Qafarov
2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidməti borcunu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi yerinə yetirmişdir.

2019-cu ildən Qafarov Zərbəli Vidadi oğlu MAHHX HQ kimi xidmət etmişdir

Zərbəli Qafarov
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Zərbəli Qafarov “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Goranboy və Tərtər rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

8 oktyabr 2020-ci ildə Ağdərə-Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhid olmuşdur.

9 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır

Zərbəli Qafarov
Qafarov Zərbəli Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif edilmişdir

Zərbəli Qafarov
Adı — Zərbəli Qafarov

Zərbəli Qafarov
Ata adı — Vidadi

Zərbəli Qafarov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Zərbəli Qafarov
Doğum tarixi — 1990-06-13

Zərbəli Qafarov
Şəhadət tarixi — 2020-10-08

Zərbəli Qafarov
Doğulduğu yer — Gəncə şəhəri
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin