Mənbələr

İsgəndərov Bəhruz Abbas Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

İsgəndərov Bəhruz Abbas Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Bəhruz İsgəndərov
İsgəndərov Bəhruz Abbas oğlu 29 noyabr 1986-cı ildə Gəncə şəhərində doğulmuşdur.

2002-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, təhsilini Gəncə Texniki Kollecində davam etdirərək “Yol hərəkəti təhlükəsizliyi” ixtisasına yiyələnmişdir

Bəhruz İsgəndərov
2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

2015-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır

Bəhruz İsgəndərov
2018-ci illərdə Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstanda xidmət etmişdir. Həmin vaxt ərzində medal və fəxri fərmanla təltif olunmuşdur.

İsgəndərov Bəhruz Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 09. 01. 2020-ci il tarixli Sərəncamı ilə “Əfqanıstan döyüşlərində iştirakına görə” (sağlığında), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” odeni (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur

Bəhruz İsgəndərov
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu, Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Laçın rayonu istiqamətində gedən döyüşlərə qatılmışdır.

29 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

30 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur

Bəhruz İsgəndərov
Adı — Bəhruz İsgəndərov

Bəhruz İsgəndərov
Ata adı — Abbas

Bəhruz İsgəndərov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Bəhruz İsgəndərov
Doğum tarixi — 1986-11-29

Bəhruz İsgəndərov
Şəhadət tarixi — 2020-10-29

Bəhruz İsgəndərov
Doğulduğu yer — Gəncə şəhəri

Bəhruz İsgəndərov
Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin