Mənbələr

Məmmədov Anar Qəhrəman Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Məmmədov Anar Qəhrəman Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Anar Məmmədov
Məmmədov Anar Qəhrəman oğlu 12 avqust 1995-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2002-ci ildə C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbə daxil olmuş, 2013-cü ildə məktəbi bitirmişdir.

2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almış, “Mühasibat uçotu və audit” ixtisasına yiyələnmişdir.

2017-2019-cu illərdə ADAU-da “Vergi və vergiqoyma” ixtisası üzrə magistr təhsil almışdır

Anar Məmmədov
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə xidmət etmiş, 2020-ci il iyulun 27-də xidmətini başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Anar Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, döyüşlərdə könüllü olaraq iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdur. O, Füzuli və Cəbrayıl rayonlarının, Daşaltı kəndinin və Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir.

8 noyabr 2020-ci il tarixində Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur

Anar Məmmədov
Məmmədov Anar Qəhrəman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur

Anar Məmmədov
Adı — Anar Məmmədov

Anar Məmmədov
Ata adı — Qəhrəman

Anar Məmmədov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Anar Məmmədov
Doğum tarixi — 1995-08-12

Anar Məmmədov
Şəhadət tarixi — 2020-11-08

Anar Məmmədov
Doğulduğu yer — Gəncə şəhəri

Anar Məmmədov
Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı

Anar Məmmədov
Hərbi rütbə — əsgər
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin