Şəhidlər
Cavad TağıyevGəncə Şəhidləri portalında dərc edilmiş fotoşəkil
Birinci Qarabağ müharibəsi

Cavad Tağıyev

Səfər

11 may 1963—Dəqiqləşdirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat hekayəsi

Tağıyev Cavad Səfər oğlu 11 may 1963-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olmuşdur. Kasıb ailədə böyüyən Cavad Xoşbulaq kənd orta məktəbini bitirmişdir. Cavad Tağıyev 1983-cü ildə Gəncə şəhərinə kəlmiş, burada sürücülük məktəbini bitirmiş və bir müddət 2705 nömrəli qarajda sürücü kimi işləmişdir. Cavad Tağıyev həmin qarajda işədiyi müddət ərzində kollektivin böyük hörmətini qazanmışdır ↗

Döyüş yolu

Tağıyev Cavad Səfər oğlu 4 may 1994-cü il tarixdə könüllü olaraq idarə etdiyi Zil markalı avtomobili ilə silah-sursat daşımaq məqsədilə cəbhəyə yollanmış, Şaumyan, Ağdam rayonlarına silah-sursat daşımışdır. 8 may 1994-cü ildə növbəti dəfə Murov dağında post quran əsgərlərimizə silah-sursat daşıyan zaman ermənilər tərəfindən qradla avtomobili vurulmuşdur. 8 may 1994-cü ildə Tağıyev Cavad Səfər oğlunun meyiti Gəncə şəhərinə gətirilərək ailə üzvlərinə təhvil verilmiş və həmin gün də Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir ↗

Tarixdəki izi

1988–1994Birinci Qarabağ müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  2. Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
  3. Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  4. Tağıyev Cavad Səfər Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  5. Şəhidlərimiz — Bakı ş., Nizami rayonuSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Cavad Tağıyev

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin