Mənbələr

Əliyev Vüsal Elxan Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Əliyev Vüsal Elxan Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Vüsal Əliyev
Əliyev Vüsal Elxan oğlu 6 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 30 saylı orta məktəbi bitirdikdən sonra 9 avqust 1994-cü ildə Kəpəz Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Vüsal Əliyev əvvəlcə Pirişgüldə rabitəçi peşəsinə yiyələnmiş, sonra isə Beyləqan rayonunda əsgəri xidmətə yollanmışdır. O, hələ əsgərliyə çağırılmamışdan əvvəl avtomobil-çilingəri peşəsinə yiyələnmişdir. 7 aya kimi Beyləqanda rabitəçi kimi xidmət edən Vüsal Əliyev komandirlərin böyük hörmətini qazanmış, nizam-intizamı ilə digər əsgərlərdən fərqlənmişdir. Əliyev Vüsal Elxan oğlu 11 nəfər əsgər yoldaşları ilə birlikdə 24 avqust 1995-ci ildə kəşfiyyatdan qayıdarkən Harami düzündə minaya düşüb həlak olmuşdur. Vüsal Əliyevin meyiti 26 avqust 1995-ci ildə Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfn olunmuşdur

Vüsal Əliyev
Adı — Vüsal Əliyev

Vüsal Əliyev
Ata adı — Elxan

Vüsal Əliyev
Əlaqəli rayon və ya şəhər — Gəncə

Vüsal Əliyev
Doğum tarixi — 1976-06-06

Vüsal Əliyev
Şəhadət tarixi — 1995-08-24

Vüsal Əliyev
Doğulduğu yer — Gəncə şəhəri
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin