Mənbələr

Cavadov Canlar Aqil Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Cavadov Canlar Aqil Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Canlar Cavadov
Cavadov Canlar Aqil oğlu 18 iyun 1980-ci ildə Gəncə şəhərində doğulmuşdur.

1986-cı ildə Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta məktəbə daxil olmuşdur. 6-cı sinifdən daxil olmuş və həmin məktəbi bitirmişdir

Canlar Cavadov
2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Daha sonra Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kursant, “N” saylı hərbi hissədə isə kiçik çavuş rütbəsinə təyin edilərək sanitar kimi xidmətini davam etdirmişdir

Canlar Cavadov
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan ordusunun əsgəri, MAXE hərbi qulluqçu Canlar Cavadov Vətən Müharibəsi zamanı Goranboy rayonu ərazisində, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

29 sentyabr 2020-ci ildə qəhrəmanlıqla şəhid olmuşdur.

01 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir

Canlar Cavadov
Cavadov Canlar Aqil oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur

Canlar Cavadov
Şəhadət tarixi — portalın qeydi — 2020-09-29

Canlar Cavadov
Adı — Canlar Cavadov

Canlar Cavadov
Ata adı — Aqil

Canlar Cavadov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Canlar Cavadov
Doğum tarixi — 1980-06-18

Canlar Cavadov
Doğulduğu yer — Gəncə şəhəri

Canlar Cavadov
Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı

Canlar Cavadov
Hərbi rütbə — kiçik çavuş
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin