Mənbələr

Muradov Elcan Eldəniz — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Muradov Elcan Eldəniz — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Elcan Muradov
Muradov Elcan Eldəniz oğlu 3 iyul 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2017-ci ildə 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir

Elcan Muradov
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır

Elcan Muradov
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmiş, “N” saylı hərbi hissənin əsgəri kimi Füzuli uğrunda gedən döyüşlərdə yer almışdır. .

1 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi bir müddət neytral zonada qaldıqdan sonra götürülmüşdür.

9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır

Elcan Muradov
Muradov Elcan Eldəniz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra)medalları ilə təltif edilmişdir

Elcan Muradov
Adı — Elcan Muradov

Elcan Muradov
Ata adı — Eldəniz

Elcan Muradov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Elcan Muradov
Doğum tarixi — 2001-07-03

Elcan Muradov
Şəhadət tarixi — 2020-10-01

Elcan Muradov
Doğulduğu yer — Gəncə şəhəri

Elcan Muradov
Hərbi rütbə — əsgər
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin