Mənbələr

Hüseynov Məhəmməd Qiyas Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Hüseynov Məhəmməd Qiyas Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Məhəmməd Hüseynov
Hüseynov Məhəmməd Qiyas oğlu 21 mart 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2007-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmiş, 2016-2019-cu illərdə təhsilini 1 nömrəli Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində) davam etdirmişdir

Məhəmməd Hüseynov
2019-cu illdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır

Məhəmməd Hüseynov
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda vuruşmuşdur. .

17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur

Məhəmməd Hüseynov
Hüseynov Məhəmməd Qiyas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) medallarıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur

Məhəmməd Hüseynov
Şəhadət tarixi — portalın qeydi — 2020-09-28

Məhəmməd Hüseynov
Adı — Məhəmməd Hüseynov

Məhəmməd Hüseynov
Ata adı — Qiyas

Məhəmməd Hüseynov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Məhəmməd Hüseynov
Doğum tarixi — 2001-03-21

Məhəmməd Hüseynov
Doğulduğu yer — Gəncə şəhəri

Məhəmməd Hüseynov
Dəfn yeri — Gəncə Şəhidlər xiyabanı

Məhəmməd Hüseynov
Hərbi rütbə — əsgər
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin