Mənbələr

Əhmədov Niyazi Yasin Oğlu — Gəncə Şəhidləri

Yerli arxivdə qorunur27 oktyabr 2026
Mətni yüklə
Orijinal mənbə

Bu mənbə ilə əlaqəli şəxslər

Mənbədən seçilmiş parçalar

Əhmədov Niyazi Yasin Oğlu — Gəncə Şəhidləri
Gəncə Şəhidləri portalı

Niyazi Əhmədov
Əhmədov Niyazi Yasin oğlu 1969-cu il fevralın 1-də Gəncə şəhərində dünyaya gəlmişdir. N. Rəfibəyli adına 43 saylı orta məktəbin 8-ci sinfini 1984-cü ildə bitirdikdən sonra 38 saylı texniki-peşə təhsilli məktəbdə avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Niyazi Əhmədov 1987-1989-cu illərdə Yakutiyada Sovet ordusu sıralarında xidmət etmişdir

Niyazi Əhmədov
Niyazi Əhmədov 1992-ci il martın 13-də torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi uğrunda könüllü olaraq cəbhəyə yollanmışdı. Beyləqan rayonu 706 saylı hərbi hissədə xidmət etmişdi. Xidmət etdiyi müddət ərzində şəxsi heyət arasında böyük hörmət qazanmışdır. Komandanlığın əmr və tapşırıq-larını vaxtlı-vaxtında, layiqincə yerinə yetirirdidi. Göstərdiyi layiqli hərbi xidmətə görə Niyazi Əhmədov hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Niyazi Yasin oğlu Əhmədov 1994-cü il aprelin 21-də Horadiz qəsəbəsi yaxınlığında gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur

Niyazi Əhmədov
Şəhadət tarixi — portalın qeydi — 1994-04-21

Niyazi Əhmədov
Adı — Niyazi Əhmədov

Niyazi Əhmədov
Ata adı — Yasin

Niyazi Əhmədov
Əlaqəli rayon və ya şəhər — Gəncə

Niyazi Əhmədov
Doğum tarixi — 1969-02-01
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin