Şəhidlər
Hilal İmanzadəRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Hilal İmanzadə

Sabir

23 iyun 1995—Dəqiqləşdirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat yolu

44 günlük Vətən Müharibəsində xüsusi qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də şəhid Hilal İmanzadədir.

Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2016-cı ildən isə Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Şəhidimiz həmçinin Türkiyədə snayper kursunda yüksək nəaliyət qazanıb.
İgidliyi ilə seçilən Hilal sentyabrın 27-dən İkinci Qarabağ müharibəsində döyüşlərə qoşulmuşdur.
Cəbhənin Füzuli istiqəmətindən döyüşlərə başlamışdır.
Onların qrupu ən önda gedənlərdən idi, Hilal isə snayper kimi üzərinə düşən işin öhdəsindən yüksək səviyyədə gəlirdi.
Füzuli və Cəbrayıl rayonunun bir neçə kəndinin işğaldan azad edilməsində iştirak etmişdir.
Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.
Beyləqan rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib ↗

Təltiflər

Vətən uğrunda ↗↗
Cəbrayılın azad olunmasına görə ↗↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Şəhidlərin xatirəsi — BeyləqanBeyləqan Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  5. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  6. Şəhidlərimiz — BeyləqanSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Hilal İmanzadə

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin