Şəhidlər
Tacir MuradlıRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Tacir Muradlı

Hasil

25 sentyabr 2000—22 oktyabr 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat yolu

Tacir Muradlı 2000-ci il sentyabrın 25-də Beyləqan rayonunun Yeni Mil qəsəbəsində anadan olub.
Yaxınları qeyd edir ki, məktəb vaxtlarında Tacir həmişə şən, zarafatcıl və yüksək əhval-ruhiyəli gənc olub.
Yeni Mil kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Tacir hərbçi kimi Vətənə xidmət etməyi seçib.
Azərbaycan Ordusunun əsgəri olan Tacir Muradlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
O, həmdə 2-ci Ordu Korpusunun Komandir müavini Şükür Həmidovun şəxsi mühafizə heyətinin üzvü idi.
Orduda xüsusi rəşadəti və cəsurluğa ilə seçilən Tacir oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tacir Muradlı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub ↗

Təltiflər

Vətən uğrunda ↗↗
Cəbrayılın azad olunmasına görə ↗↗
Füzulinin azad olunmasına görə ↗↗
Cəsur döyüşçü ↗
Qubadlının azad olunmasına görə ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  6. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  7. Şəhidlərin xatirəsi — BeyləqanBeyləqan Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  8. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  9. Şəhidlərimiz — BeyləqanSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Tacir Muradlı

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin