Bir ömrün hekayəsi
Həyat hekayəsi
Ağayev Nürəddin Polad oğlu 1943-cü il 10 aprel tarixində Yevlax şəhərinin Əlibayramlı kəndində doğulmuşdur.
1952-ci ildə Əlibayramlı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1960-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.
1960-cı ildə Yevlax şəhərindəki gecə məktəbinə daxil olmuşdur.
1965-ci ildə Tikinti Texnikomuna qəbul olmuş, 1967-ci ildə həmin təhsil müəssisəsini bitirmişdir.
1968-ci ildə Gəncə şəhərində fəaliyyət göstərən ərzaq mağazalarının birində işləmişdir.
1975-ci ildən Gəncə şəhər Su idarəsində mühəndis, daha sonra isə anbardan vəzifəsində çalışmışdır.
2003-cü ildə Gəncə şəhərində yerləşən Avtobus qarajında gözətçi vəzifəsində çalışmışdır.
2007-ci ildən təqaüdə çıxmışdır ↗
Xidmət yolu
1962-1965-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur ↗
Döyüş yolu
2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nətcəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Ağayev Nürəddin Polad oğluna şəhid statusu verilmişdir ↗
Tarixdəki izi
27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsiXatirəsini yaşat
Bir xatirə paylaşMənbələr
- Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
- Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
- Ağayev Nürəddin Polad Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
- Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
