Şəhidlər
Rəşad BabayevRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Rəşad Babayev

İlham

15 mart 1999—9 noyabr 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat hekayəsi

Babayev Rəşad İlham oğlu 15 mart 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur.

2016-cı ildə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir ↗

Xidmət yolu

2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2020-ci ilin birinci yarısında hərbi xidmətini başa vurmuşdur.

2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır ↗

Döyüş yolu

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.

9 noyabr 2020-ci il tarixində Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur ↗

Təltifləri

Babayev Rəşad İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur ↗

Təltiflər

Xocavəndin azad olunmasına görə ↗
Döyüşdə fərqlənməyə görə ↗
Vətən uğrunda ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  5. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  6. Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
  7. Babayev Rəşad İlham Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  8. Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  9. Şəhidlərimiz — Gəncə şəhər idarəsiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Rəşad Babayev

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin