Bir ömrün hekayəsi
Həyat hekayəsi
Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Daşkəsən rayonunda doğulmuşdur.
1998-ci ildə Daşkəsən rayonun Səməd Vurğun adına 4 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 1999-cu il 2-ci sinifdən təhsilini Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 7-ci sinifdən isə Göygöl rayonunun 8 mart məktəbində davam etdirmişdir.
Elvin Mustafayev həmçinin cüdo idman növü ilə məşğul olmuşdur. 2009-cu ildə cüdo yarışlarında 2-ci yeri tutmuşdur.
2012-ci ildə 9-cu sinfi bitirdikdən sonra Astara Pedoqoji Kollecində Bədən tərbiyyəsi və idman müəllimi” ixtisasına daxil olmuşdur ↗
Xidmət yolu
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl Rayon Şöbəsindən həqiq hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2011-ci ilin oktyabr ayının 2-də hərbi xidmətini bitirmişdir.
2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif səyyari işlərdə çalışmışdır.(Dalğa mebeldə mühafizə, Dağıstanda, Türkiyədə səyyari işlər).
2020-ci il avqust ayında hərbiyə yazılaraq orda işləməyə başlamışdır. 1 həftə təlimlərdə iştirak etmişdir. Sonra Daşkəsən rayonunun Xoşbulaq kəndində MAXE hərbi qulluqçu kimi xidmət etmişdir ↗
Döyüş yolu
Elvinin barəsində hər kəs müsbət fikirdə olmuşdur. Onun çox mehriban, qayğıkeş , ailəcanlı biri olduğunu deyirdilər. Elvin hər zaman dilinə gətirdiyi kəlimə o idi ki, mən şəhid olmaq istərdim. Bu mənim arzumdur. Şəhidlik uca məqamdır. Dediyi kimi də öz arzusuna çatdı.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbiçisi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
2 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.
4 iyun 2021-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur ↗
Təltifləri
Mustafayev Elvin Fəxrəddin oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” (ölümündən sonra) ordeni və medalları ilə təltif olunmuşdur ↗
Təltiflər
Tarixdəki izi
27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsiXatirəsini yaşat
Bir xatirə paylaşMənbələr
- Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
- Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
- Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
- Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
- Mustafayev Elvin Fəxrəddin Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
