Şəhidlər
Elvin BabayevRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Elvin Babayev

Əkbər

28 fevral 2001—2 oktyabr 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat hekayəsi

Babayev Elvin Əkbər oğlu 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2008-ci ildə Bakı şəhəri Leytenant K. Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir ↗

Döyüş yolu

Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olmuşdur. Vətənpərvər və fəal şagird olaraq tanınan Elvin Babayev təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinlər” Hərbi Komandasının manqa komandiri olmuşdur.

2019-cu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır. Nəsimi rayon "Şahinlər" Hərbi komandasında iştirak etmişdir. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev Ağdam və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 7 oktyabr 2020-ci il tarixində II Fəxri Xiyabanda dəfn edilmişdir ↗

Təltifləri

Babayev Elvin Əkbər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalı ilə təltif edilmişdir ↗

Təltiflər

Xocavəndin azad olunmasına görə ↗
Vətən uğrunda ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  5. Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
  6. Babayev Elvin Əkbər Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  7. Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  8. Şəhidlərimiz — Bakı ş., Nizami rayonuSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Elvin Babayev

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin