Şəhidlər
Sübhan HəsənovRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Sübhan Həsənov

Rauf

26 iyul 2001—Dəqiqləşdirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat yolu

26 iyul 2001-ci ildə Masallı rayonunun İskəndərli kəndində dünyaya gəlib.
2007-ci ildə Masallı şəhər İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olıub.
2018-ci ildə həmin məktəbin XI sinfini bitirib.
2019-cu ilin 30 iyul tarixində hərbi xidmətə yollanıb.
Hərbi xidmətini Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirdi.
Snayperçi olub.
Ordudan tərxis olunmağına sayılı günlər qalırdı...
Azərbaycan Ordusunun əsgəri Sübhan Rauf oğlu Həsənov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək oktyabrın 2-i şəhidlik zirvəsinə ucalıb.
Dekabrın 7-də doğulub boya-başa çatdığı Masallı şəhər qəbristanlığında izdihamla dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Rauf oğlu Həsənov ölümündən sonra «Vətən uğrunda» medalı, Prezidentin digər müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” medallarıyla təltif edilib ↗

Təltiflər

Vətən uğrunda ↗↗
Suqovuşanın azad olunmasına görə ↗↗
Cəsur döyüşçü ↗↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  5. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  6. Həsənov Sübhan Rauf — həyat yoluMasallı Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  7. Şəhidlərin xatirəsi — MasallıMasallı Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  8. Şəhidlərimiz — MasallıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Sübhan Həsənov

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin