Şəhidlər
Suliddin ƏsgərovGəncə Şəhidləri portalında dərc edilmiş fotoşəkil
44 günlük Vətən müharibəsi

Suliddin Əsgərov

İsmayıl

25 dekabr 1948—17 oktyabr 2020

Əsgərov Suliddin İsmayıl oğlu 1948-ci ildə dekabrın 25-də Gəncə şəhərində doğulmuşdur

Bir ömrün hekayəsi

Həyat hekayəsi

Əsgərov Suliddin İsmayıl oğlu 1948-ci ildə dekabrın 25-də Gəncə şəhərində doğulmuşdur.

1955-ci ildə Gəncə şəhər 15 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1963-cü ildə həmin məktəbi bitirmişdir.

Uzun illər montyor-elektrik vəzifəsində çalışmışdır.

1985-ci ildən 2000-ci ilə qədər Gəncə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasında gözətçi vəzifəsində çalışmışdır ↗

Döyüş yolu

Əsgərov Suliddin 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvəllərinin Gəncəni raket atəşinə tutması nəticəsində oğlu Əsgərov Bəxtiyar, qızı Əsgərova Sevil, nəvələri Əsgərova Narin və Əsgərova Nigar ilə birlikdə həlak olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Əsgərov Suliddin İsmayıl oğluna şəhid statusu verilmişdir ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  2. Gəncə Şəhər İcra Hakimiyyətinin Gəncə Şəhidləri portalına keçidiGəncə Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
  3. Əsgərov Suliddin İsmayıl Oğlu — Gəncə ŞəhidləriGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
  4. Gəncə Şəhidləri — layihə haqqındaGəncə Şəhidləri portalı · 27 oktyabr 2026
Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin