Şəhidlər
Nurlan ƏfəndiyevRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Nurlan Əfəndiyev

Mürvət

8 oktyabr 1995—1 oktyabr 2020

Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub

Bir ömrün hekayəsi

Təhsil illəri

Nurlan Əfəndiyev 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub.
2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə daxil olmuş və 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir.
Ailəsi sadə və zəhmətkeş kəndli ailəsi idi, bu səbəbdən Nurlan uşaqlıqdan zəhmətə bağlı böyümüşdür.
Bütün təsərrüfat işlərində ailəsinə kömək edərdi.
Bərbər ixtisasına yiyələnmiş və ən böyük arzusu yanğınsöndürmə işində işləmək idi.
İdmanla da məşğul olmuş, xüsusilə qaçış növündə rayon yarışlarında iştirak etmişdir ↗

Xidmət yolu

Nurlan Əfəndiyev 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur.
Xidmətində dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr almış və yaxşı xidmət etdiyi üçün iki dəfə məzuniyyətə buraxılmışdır ↗

Döyüş yolu

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
1 oktyabr 2020-ci il tarixində səhər saatlarında, Cəngavər döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.
7 oktyabr 2020-ci ildə Xalxalqışlaq kənd qəbiristanlığında dəfn olunmuşdur.
Şəhidimiz subay idi ↗

Təltifləri

"Vətən uğrunda" medalı – Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə.; "Kəlbəcərin azad olunmasına görə" medalı – Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə; "Hərbi xidmətlərə görə" medalı – Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı ilə təltif edilmişdir.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə - Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 25.06.2026-cı il tarixli Sərəncamı ilə təltif edilmişdir.

Xatirəsi Nurlan Əfəndiyev Mürvət oğlunun adı Oğuz rayonu Xalxalqışlaq kəndindəki küçələrdən birinə verilərək əbədiləşdirilmişdir ↗

Təltiflər

Vətən uğrunda ↗↗
Kəlbəcərin azad olunmasına görə ↗↗
Hərbi xidmətlərə görə ↗↗
Vətənə xidmətə görə ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  5. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  6. Vətən müharibəsi şəhidləri — OğuzOğuz Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026

Xatirə kodu

Nurlan Əfəndiyev

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin