Şəhidlər
Tural BayramlıRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

Tural Bayramlı

Ədil

10 fevral 1996—10 noyabr 2020

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat yolu

Tural Bayramlı 1996-cı il fevralın 10-da Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub.
Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi.
Subay idi.
Tural Bayramlı 2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub.
2016-cı ildən Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Tural Bayramlı noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub.
Döyüşlər zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Tural Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib ↗

Həyat yolu

Əslən Cəbrayıldan olan Tural Ədil oğlu Bayramlı 1996-cı il, fevralın 10-da Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində doğulub.
2003-cü ildə Cəbrayıl rayonunun Daştumas kəndindəki tam orta məktəbə daxil olub.
2014-cü ildə oranı bitirib.
2014-cü ildə Cəbrayıl rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Aprel döyüşlərində böyük şücaətlə iştirak edib.
2016-cı ildə hərbi xidməti bitirib.
2016-cı ildə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən Hərbi Hissəsinin Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq xidmətə başlayıb.
2020-ci ilin noyabr ayının 9-da Şuşada gedən döyüşlərdə düşmənlərə qan udduran igidimiz Şəhidlik zirvəsinə ucalıb.
Döyüş əməliyyatları zamanı yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda” medalı ilə təltif edilib ↗

Həyat yolu

Bayramlı Tural Ədil oğlu -10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub.
Əslən Cəbrayıl rayonunun Daş Veysəlli kəndindən olan Tural 2003-2014-cü illərdə Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində təhsil almışdır.
2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb.
2016-cı ildə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hacıqabul şəhərində yerləşən N saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində müddətdən artıq xidmət etməyə başlayıb.
Daxili Qoşunların Xüsusi Təyinatlı baş çavuşu olub.
T.Bayramlı 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Beyləqan rayon məzarlığında (Cərcis Peyğəmbər) dəfn olunub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bayramlı Tural Ədil oğlu ölümündən sonra “Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir ↗

Təltiflər

Vətən uğrunda ↗↗↗
Şuşanın azad olunmasına görə ↗↗↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Şəhidlərin xatirəsi — BeyləqanBeyləqan Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  5. Şəhidlərin xatirəsi — CəbrayılCəbrayıl Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  6. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  7. Şəhidlərimiz — Cəbrayıl rayonSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

Tural Bayramlı

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin