Şəhidlər
İbrahim RükabzadəRəsmi siyahıdakı fotoşəkil
44 günlük Vətən müharibəsi

İbrahim Rükabzadə

Rasif

14 oktyabr 2000—Dəqiqləşdirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhidlər arxivində adı qeyd olunub

Bir ömrün hekayəsi

Həyat yolu

14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub.
Orta təhsilinə 2006-cı il Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə başlamış 2017-ci ildə isə bitirmişdir.
O orta təhsillə bərabər Quran dərsləri də almışdır.
2012-ci il sentyabrin 22-sində Məşəd ziyarətinə getmiş və 26 sentiyabr da Məşədi adını almışdır.
İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-ində hərbi çağırış ilə xidmətə yollandı.
Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin “N” saylı hərbi hissəsində dəvam etdirdi.
2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rükabzadə 27 sentyabr başlayan torpağların azad eldilməsi uğrunda müharibədə iştirak etmişdir.
O Cəbrayıl şəhərinin alınmasında iştirak edib.
Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib İbrahim Rükabzadə 18 oktyabr Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur.
Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edildi.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bir sıra medallarla təltif edilmişdir.
1. “Cəsur döyüşçü” medalı; 2. “Vətən müharibəsi iştirakçısı” medalı; 3. “Kəlbəcərin azad edilməsinə görə” medalı; 4. “Xocavəndin azad edilməsinə görə” medalı; 5. “Şücaətə görə” medalı ↗

Təltiflər

Cəsur döyüşçü ↗↗
Şücaətə görə ↗
Kəlbəcərin azad olunmasına görə ↗
Xocavəndin azad olunmasına görə ↗
Vətən uğrunda ↗

Tarixdəki izi

27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsi

Xatirəsini yaşat

Bir xatirə paylaş

Mənbələr

  1. Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
  2. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  3. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  4. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
  6. Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
  7. Rükabzadə İbrahim Rasif — həyat yoluMasallı Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  8. Şəhidlərin xatirəsi — MasallıMasallı Rayon İcra Hakimiyyəti · 27 oktyabr 2026
  9. Şəhidlərimiz — MasallıSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026

Xatirə kodu

İbrahim Rükabzadə

Həyat hekayəsinə açılan yol

Memoriallarda istifadə üçün müvafiq icazə alınmalıdır

Milli Yaddaş

Yaddaşımız hər zaman yanınızda

Milli Yaddaşı ana ekranınıza əlavə edin