Bir ömrün hekayəsi
Həyat yolu
Elnur Arif oğlu İsmayılov 2001-ci il fevral ayının 24-də Şəki rayonu Baş Küngüt kəndində anadan olub.
2007-ci ildə Şəki rayonu Baş Küngüt kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2008-ci ildən təhsilini Şəki şəhər 19 saylı tam orta məktəbdə, 2011-ci ildən isə bir daha məktəbini dəyişərək Şəki şəhər 8 saylı tam orta məktəbin 5-ci sinfindən davam etdirib və 2016-cı ildə həmin mək-təbin 9-cu sinfini bitirib.
2019-cu il aprel ayının 5-də Azərbaycan Res-publikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlayıb və əvvəlcə Cəlilabaddakı «N» saylı hərbi hissədə, sonra isə Beyləqanda yerləşən «N» saylı hərbi hissədə xidmət keçib.
Hərbidə baş atıcı, əsgər olub.
27 sentyabr 2020-ci ildən başlayan 2-ci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə 22 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə yüksəlib.
Ailədə 2 bacı, 1 qardaş olublar.
Elnuru hər kəs sadə, vətənpərvər, idmana və hərbiyə çox böyük maragı olan bir gənc kimi tanı-yırdı.
O, 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə başlamış, xidməti illərində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
O, Tərtər istiqamətində gedən ağır döyüşlərdə yaralanmışdır və hazırda 2-ci qrup əlildir.
Zaman keçdi və bu xəyallar gerçəkləşdi.
Özündən 8 yaş kiçik olan əkiz bacıları Gülnur və Gülxatın üçün isə Elnur əsl qəhrəman idi.
Bacılar hər zaman onun diqqət və qayğısını duyar, özlərini güvəndə, arxalı hiss edərdilər.
Elnur haqqında müəllimləri də xoş sözlər söyləyirlər. “Qanları, canları bahasına əldə olunan Qarab-ağımız şəhidlərin misilsiz hünərinin, Vətən sevgisinin bariz nümunəsidir.
Bu igidlərdən biri də Vətən müharibəsində əldə olunan zəfərdə payı olan dərs dediyimiz, fəxrlə adını çəkdiyimiz Elnur İsmayılovdur.
Elnur çox vətənpərvər, duyğusal uşaq idi.
Qarabağdan söhbət düşəndə deyirdi ki, müəllim, Qarabağ mənim qaysaq bağlamayan yaramdır.
Atam 1-ci Qarabağ müharibəsində qazi olub, qələbə sevincini yaşaya bilməyib.
Amma mən şəhid olsam da, axıra kimi vuruşub torpaqlarımızı işğaldan azad etməyə hazıram, təki Ali Baş Komandan əmr etsin.
Arzu etdiyi kimi torpaqlarımız azad olundu, amma biz bu Qələbəni təəssüf ki, Elnursuz qeyd edirik.
Doğma Vətənin qoynunda boy atan, pərvaz-lanan, böyük ümidləri doğrultmağa qadir olan mək-təbimizin şagirdi, 19 yaşlı şəhidimiz Elnur İsmayılov körpəlikdən Vətən sevgisi ilə böyüyüb.
O, coşğun təbiətli, məsuliyyətli, ictimai işlərdə, sinif tədbirlərində fəallıq göstərən bir şagird idi.
Çətinlikdən qorxmur, qarşısına qoyduğu məqsədinə çatmağa çalışırdı.
Onda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük var idi.
Təsərrüfata meyilli idi.
Hərbi xidməti bitirdik-dən sonra ferma açacağını qarşısına məqsəd qoy-muşdu.
Vaxtının çoxunu babasının yanında, kənddə keçirirdi.
Bəlkə elə buna görə də babası Rüstəm kişi Elnurun yoxluğuna dözmədi və 20 gün sonra vəfat etdi.
Elnur kiçik yaşlarından çox dəcəl olsa da, ürəyitəmiz, əliaçıq idi.
O, həm də çox dostcanlıydı, hər bir kəslə tez bir zamanda dost olmağı bacarırdı.
Dostlarından hansısa haqsızlıqla qarşılaşsaydı, onu tək buraxmazdı, arxasında durardı.
Vətən müharibəsində də Müzəffər Azərbaycan Ordusunun tərkibində müxtəlif istiqamətlərdə düşmən qüvvələrinə qarşı qəhrəmanlıqla savaşıb, döyüş yoldaşlarını mühasirədən çıxarıb, yaralıların düşmənin əlinə keçməsinə imkan verməyib.
Dəfn zamanı Elnurun komandiri bu haqda danışıb və qeyd edib ki, Elnur Füzuli istiqamətində gedən dö-yüşlərin birində mühasirədə olan 60 nəfər Azərbaycan əsgərini xilas edib” – deyir müəllimləri.
Elnur hərbi xidmətdən məzuniyyətə gələndə Aprel şəhidi Elnur İsgəndərovun məzarını ziyarət edib, orada şəkil çəkdirib.
Lakin Elnur icazə vermir.
Elə oradaca dayısı oğluna deyir ki, İsgəndərov kimi igid olmaq hər oğulun hünəri deyil.
Əgər şəhid olsam, məni burada, Elnur İsgəndərovun yanında dəfn edərsiniz.
Bu, Elnurun son istəyi idi və onun vəsiyyətinə əməl olundu.
Hazırda Elnur İsmayılov Elnur İsgəndərovun dəfn olunduğu “Dövşan düzü” qəbiristanlığında uyuyur.
Ölümündən sonra Respublika Prezidentinin sərəncamı ilə döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub ↗
Təltiflər
Tarixdəki izi
27 sentyabr 2020 — 10 noyabr 202044 günlük Vətən müharibəsiXatirəsini yaşat
Bir xatirə paylaşMənbələr
- Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı — 21 oktyabr 2021Azərbaycan Respublikası Müdafiə Nazirliyi · 27 oktyabr 2026
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi · 27 oktyabr 2026
- Azərbaycan rayonları — xəritə istinadıgeoBoundaries · 27 oktyabr 2026
- Şəhidlərimiz — ŞəkiSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti · 27 oktyabr 2026
- Vətən müharibəsi şəhidləri — ŞəkiŞəki Şəhər İcra Hakimiyyəti · 27 oktyabr 2026
